24-05-2025
15-17 may 2025-ci il tarixlərində Bakı Qızlar Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə və “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş I Respublika Təhsil Forumu keçirildi.
Forumun proqramı üzrə 3 gün ərzində müxtəlif istiqamətləri əhatə edən elmi konfranslar təşkil olundu:
15 may – “Müasir dövrdə innovativ təhsilin aktual məsələləri” mövzusunda bakalavrların elmi konfransı keçirildi. Plenar iclasda tələbələr təhsilin gələcək inkişafı, milli liderin ideyalarının təhsil siyasətindəki yeri, ordunun formalaşmasında rolu, milli ədəbiyyatda ideoloji yanaşmalar kimi mövzularla çıxış etdilər.
16 may – “Tələbələrdə tədqiqatçılıq qabiliyyətinin formalaşması: hədəflər, çağırışlar” mövzusunda magistrantların elmi konfransı baş tutdu.
17 may – “Ali təhsilin beynəlxalq rəqabətliliyi kontekstində müasir koqnitiv hədəflər” mövzusunda professor-müəllim heyətinin elmi-praktik dinləmələri keçirildi. Yekun iclasda təhsil islahatları, fakültə rəhbərliyinin rolu, qadın təhsili, Qarabağ müharibəsi veteranlarının psixoloji durumu, elmi fəaliyyətin təşkili və tarixi əlaqələr müzakirə edildi.
Forumda respublikanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri də fəal iştirak etdilər,o cümlədən, Milli Müdafiə Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı və Bakı Dövlət Universitetindən olan bakalavr və magistrant tələbələr elmi məqalələri ilə tədbirə töhfə vermişlər.
Forumun yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilmiş, dəyərli müzakirələr aparılmış və Bakı Qızlar Universitetinin rektoru, professor S.A. Rəhimovanın yekun çıxışı ilə tədbir bağlanmışdır.
Forum çərçivəsində aktiv iştirakı ilə fərqlənən tələbə və müəllimlər təşəkkürnamə və sertifikatlarla təltif olundu.
I Respublika Təhsil Forumu, təhsil ictimaiyyətinin elmi müzakirələrə marağını nümayiş etdirən və təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş uğurlu platforma kimi yadda qalmışdır.
Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi
29-05-2025
24-05-2025
01-05-2025
25-04-2025