29-05-2025
26 may 2025-ci il tarixində Bakı Qızlar Universitetində IV kurs tələbələrinin yekun konfransı keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Sevinc Rəhimova açaraq pedaqoji təcrübənin tələbələrin gələcək peşəkar fəaliyyətində mühüm əhəmiyyət daşıdığını vurğuladı. O, qeyd etdi ki, bu mərhələ tələbələrə nəzəri biliklərini praktikada tətbiq etmək, peşə bacarıqlarını inkişaf etdirmək və gələcək müəllimlik fəaliyyətinə hazırlıq baxımından geniş imkanlar yaradır. Rektor təcrübə müddətində məktəb, bağça və psixologiya mərkəzlərində səmərəli fəaliyyət göstərmiş tələbələri, eləcə də onların inkişafında əməyi olan təcrübə rəhbərlərinə, metodist müəllimlərə və psixoloqlara təşəkkürünü bildirdi.
Konfransda universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova, pedaqoji təcrübə rəhbəri Sədaqət Əliyeva, “Pedaqogika” kafedrasının müdiri Həsən Bayramov, Sosial-pedaqoji fakültənin dekani dosent İlahə Quliyeva, Filologiya-tarix fakültəsinin dekan müavini Səyalə İmanova və digər çıxışçılar tələbələrin təcrübə dövründə qazandıqları bilik və bacarıqlar, qarşılaşdıqları real tədris vəziyyətləri və onların həlli yolları barədə fikirlərini bölüşdülər.
Təcrübəçi tələbələr tədris prosesində qazandıqları nəzəri bilikləri təcrübə müddətində uğurla praktikada tətbiq etdiklərini, şagirdlərlə ünsiyyət qurmaq və psixoloji yanaşma nümayiş etdirmək kimi vacib peşə vərdişlərinə yiyələndiklərini qeyd etdilər, həmçinin əldə etdikləri nailiyyətləri bölüşdülər.
29-05-2025
24-05-2025
01-05-2025
25-04-2025