19-05-2026
Bakı Qızlar Universitetində magistratura səviyyəsinin “Pedaqogika” və “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə təhsil alan magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirildi.
Müzakirədə universitetinin rektoru professor Sevinc Rəhimova, tədris işləri üzrə prorektor professor Havva Abdullayeva, komissiyanın rəhbəri professor İntiqam Cəbrayılov, tədris şöbəsinin müdiri dosent Ulduz Qazvini , “Pedaqogika” kafedrasının müdiri professor Həsən Bayramov və kafedranın əməkdaşları iştirak etdilər.
Müzakirə çərçivəsində magistrantlar apardıqları elmi tədqiqat işləri barədə təqdimatla çıxış edərək dissertasiya mövzuları üzrə əldə etdikləri ilkin nəticələri bölüşdülər. Komissiya üzvləri təqdim olunan işlərlə bağlı öz fikirlərini səsləndirdilər, magistrantlara dissertasiya işlərində yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində öz tövsiyələrini verdilər.
19-05-2026
16-05-2026
12-05-2026
12-05-2026