07-05-2025
Bakı Qızlar Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə təhsil alan təcrübəçi tələbələri 158 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir təşkil etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılmış, daha sonra tədbirin məqsədi barədə məlumat verilmişdir. Ardınca müxtəlif sinif şagirdlərinin iştirakı ilə musiqili-bədii şeir kompozisiyası təqdim olunmuş, Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqilər səsləndirilmişdir.
Tədbirin sonunda məktəbin direktoru Mehriban xanım Ələkbərova və pedaqoji kollektiv bu əlamətdar günə göstərilən diqqət və qayğıya görə Bakı Qızlar Universitetinin rəhbərliyinə, həmçinin tədbirin hazırlanmasında fəal iştirak edən təcrübəçi tələbələrə dərin minnətdarlıqlarını bildirmişlər. Tədbir iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.
Ulu Öndər Heydər Əliyevin xatirəsi daim bizimlədir!
08-05-2025
07-05-2025
06-05-2025
06-05-2025