Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

24-05-2025

Bakı Qızlar Universitetində növbəti xeyriyyə aksiyası keçirildi

Bakı Qızlar Universitetində  növbəti xeyriyyə aksiyası keçirildi

15 və 21 may 2025-ci il tarixlərində Bakı Qızlar Universitetinin tələbələri tərəfindən iki mərhələdən ibarət xeyriyyə aksiyası təşkil olundu. Aksiya çərçivəsində əvvəlcə “Dəfnə” kulinariya və əl işləri klubu, Xeyriyyəçilik Klubu, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının üzvləri tərəfindən hazırlanmış şirniyyatlar, rəsmlər, bəzək əşyaları və digər əl işlərindən ibarət sərgi keçirildi.

Universitetin müəllim və tələbə heyəti sərgidə fəal iştirak etdi. Sərgidən əldə olunan vəsait Bakı şəhəri 1 nömrəli körpələr evində qayğıya ehtiyacı olan körpələrin sevindirməsi məqsədilə istifadə olundu. Tələbələr körpələrlə vaxt keçirərək, onlara sevgi və diqqət göstərmiş, müəssisənin rəhbərliyinə və tərbiyəçilərinə səmimi təşəkkürlərini bildirdilər.

“Bir addım – bir ümid” adlı bu xeyriyyə tələbələrin və müəllimlərin insani və mənəvi dəyərlərə bağlılığını nümayiş etdirmiş, onlarda sosial məsuliyyət hissini dərinləşdirmişdir.

 

Digər xəbərlər

Bütün xəbərlər