19-11-2025
Sosial-pedaqoji fakültənin iş planına uyğun olaraq “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə R-24 qrupunda növbəti açıq dərs dinləməsi keçirildi. Dərs “İnternet şəbəkə texnologiyası” mövzusu idi. Məşğələ “Riyaziyyat, informatika və təbiət fənləri” kafedrasının dosenti Arzu Quliyev tərəfindən aparıldı.
Açıq dərs dinləməsində fakültə rəhbərliyi və sahə üzrə mütəxəssislər iştirak etdilər.
Dərs zamanı tələbələrə kompüter şəbəkələrinin quruluşu, internet texnologiyalarının əsas prinsipləri və informasiya mübadiləsinin təşkili ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim olundu.
Açıq dərs yüksək pedaqoji və metodik səviyyədə keçərək, iştirakçılar tərəfindən müsbət dəyərləndirildi.
19-11-2025
19-11-2025
19-11-2025
19-11-2025