Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

17-02-2025

BQU-da Elmi Şuranın növbəti iclası keçirildi

BQU-da Elmi Şuranın növbəti iclası keçirildi

15 fevral saat 11:00-da Bakı Qızlar Universitetinin  Elmi Şurası 2024-2025-ci tədris ilinin yaz semestri dərslərinin başlanması ilə əlaqədar iclas keçirdi.

Elmi Şuranı universitetin təsisçisi, yazıçı-dramaturq, professor Ağarəhim Rəhimov açaraq iclas iştirakçılarını və BQU-nun bütün kollektivini yeni semestrin başlanması münasibətilə təbrik etdi. Professor cəmiyyətdə yaranan qadın problemlərinə toxunaraq qadın təhsilinin milli-mənəvi dəyərlərdən ayrılmaz olduğunu vurğuladı.

Daha sonra söz Tədris işləri üzrə prorektor, professor Hava Abdullayevaya verildi. O, 2024-2025-ci tədris ilinin payız semestrinin yekunları üzrə hesabatında Şura üzvlərinə sessiyanın yekun nəticələri barədə məlumat verdi. Bildirildi ki, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığı təmin etmək məqsədilə yaradılan Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyasına daxil olan tələbələrin ərizə və şikayətlərinə baxılmış, müvafiq tədbirlər görülmüşdür. Daha sonra tələbələr arasında aparılan monitorinqin nəticələri açıqlandı. Eyni zamanda, diplom almış məzunların məmnunluq səviyyəsi barədə məlumat verildi və onların universitet rəhbərliyinə təşəkkürləri çatdırıldı.

Sonra Sosial-Pedaqoji və Filologiya-Tarix fakültələrinin semestr ərzində tədrisin vəziyyəti, imtahan prosesinin yekunlarına dair hesabatları dinlənildi.

Professor Ağarəhim Rəhimov iclası yekunlaşdıraraq, tədrisin keyfiyyətinin yüksəldilməsinin, müəllim və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılmasının bu tədris ilində də vacib istiqamətlərdən biri olduğunu vurğulayaraq pedaqoji kollektivə uğur arzuladı.

Elmi Şuranın iclasından sonra universitetin rektoru, professor Sevinc Rəhimova universitetin kafedra müdirləri ilə iclas keçirdi. Daha sonra kafedra müdirlərinin kafedra üzvləri ilə görüşü baş tutdu.

“Pedoqogika” kafedrasının müdiri, professor Həsən Bayramov yeni tədris ilinin ilk iclasını keçirdi. İclasda ikinci yarım ilin iş planında mùəyyən dəyişikliklərin edilməsi və qarşıdan gələn pedaqoji təcrübənin mütəşəkkil şəkildə təşkil olunması məsələləri müzakirə edildi. İclasda tədris hissə müdiri  dosent Ulduz Qazvini də iştirak edirdi. O, Proqram Akkreditasiyası ilə bağlı bəzi vəzifələri şərh edərək, rektorluğun tapşırıqlarını kafedra üzvlərinin diqqətinə çatdırdı. 

 Digər kafedralarda da yeni tədris ilə bağlı məsələlər müzakirə edildi və lazımi tapşırıqlar verildi.

 

Digər xəbərlər

Bütün xəbərlər