25-05-2024
25 may 2024-cü il tarixində BQU-da “ Sosial-pedaqoji” və “Filologiya-tarix” fakültələri üzrə IV kurs tələbələrinin 2023-2024- cü tədris ilinin ikinci yarısında keçdikləri pedaqoji təcrübənin yekun konfransı keçirildi.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor S.A.Rəhimova pedaqoji təcrübənin tələbələrin gələcək həyatlarında mühüm rol oynadığını, bilik və bacarıqlarının üzə çıxarılmasında əhəmiyyət kəsb etdiyini bildirdi. O, məktəb, bağça və psixologiya mərkəzlərində əldə olunan uğurlarda əməyi olan pedaqoji təcrübə rəhbərləri, pedaqoq və psixoloqlar, həmçinin metodistlər və təcrübədə fəal iştirak edən tələbələrə təşəkkürlərini bildirdi.
Konfransda tədris işləri üzrə prorektor, professor H.Abdullayeva, təcrübə rəhbəri Sədaqət Əliyeva və digər həmkarların çıxışları dinlənildi.
Çıxışlarda tədris prosesində əldə edilən nəzəri biliklərin pedaqoji təcrübə müddətində mənimsənildiyi, tələbələrin pedaqoji iş sahəsində yeni bacarıq və vərdişlərə yiyələndiyi və pedaqoji qabiliyyətin formaşlaşdığı xüsusilə vurğulandı.
Konfransın sonunda tələbələr pedaqoji təcrübə müddətində qazandığı nailiyyətləri bölüşərək təcrübənin peşə vərdişlərinin əldə edilməsində zəruri rol oynadığını bildirdilər.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024