Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

27-03-2024

Bədii Yaradıcılıq Müsabiqəsinin nəticələri elan olundu

Bədii Yaradıcılıq Müsabiqəsinin nəticələri elan olundu

Bakı Qızlar Universitetinin tələbələri arasında keçirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş bədii yaradıcılıq( şeir, esse, hekayə) müsabiqəsinin qalibləri müəyyən olundu. 
  19 tələbənin qatıldığı müsabiqənin münsiflər heyətinin tərkibinə “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri Yeganə Hacıyevanın sədrliyi ilə kafedranın əməkdaşları - Qüdsiyyə Qəmbərova, Aygün Həsənova, İlham Məmmədli, Aygün Cəfərova daxil olmuşdur. Münsiflər heyətinin rəyinə əsasən, 19 tələbənin içindən seçilmiş qaliblərin adları Bakı Qızlar Universitetinin Novruz bayramı tədbirində elan olunmuşdur. Qalibləri təqdim edirik.
1-ci yer: Günay Əliyeva ( MQ2-22 qrupu)
2-ci yer: Ələsgərova Rəvanə (T1-23)
3-cu yer: Qədirova Ayşən (F1-21)
Həvəsləndirici yer:  Babayeva Elşanə ( İ1-22)

Digər xəbərlər

Bütün xəbərlər