16-09-2024
Bu gün Bakı Qızlar Universitetində 2024/2025-ci tədris ilində qəbul olunan tələbələr və onların valideynləri ilə görüş keçirilib.
Tədbirdə universitetin təsisçisi, professor Ağarəhim N. Rəhimov çıxış edərək, tələbə adını qazanmış gəncləri təbrik edib. Professor, gənclərə elmin müxtəlif sahələrində dərin biliklər qazanmaqla yanaşı, həm də şəxsiyyət kimi formalaşmalarını, cəmiyyət üçün faydalı vətəndaşlar olmağı arzulayıb.
BQU-nun rektoru, prof.Sevinc Rəhimova tələbələr və valideynləri təbrik edərək, universitetin qayda-qanunları, tədris prosesi və təhsil müddətində gözlənilən tələblər haqqında geniş məlumat verib.
Görüşdə, həmçinin, tədris işləri üzrə prorektor, prof. Hava Abdullayeva, tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, “Filologiya-tarix” fakültəsinin dekanı Mirvari Akkoç və “Sosial-pedaqoji” fakültənin dekanı dos.İlahə Quliyeva iştirak edərək, valideynlərin suallarını cavablandırıblar.