01-12-2025
27–28 noyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurası (YÖKAK), Təhsil Keyfiyyəti Təminatı Agentliyi (TKTA) və Çankaya Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət üzrə Beynəlxalq Konfrans (IQC 2025)” keçirildi.
Tədbirin açılış mərasimi noyabrın 27-də saat 10:00-da ADPU-nun böyük zalında baş tutdu. Konfransda ölkənin ali təhsil sistemində keyfiyyət təminatı, akkreditasiya proseslərinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin tətbiqi və ali təhsilin gələcək inkişaf istiqamətləri müzakirə olundu.
Ali təhsildə keyfiyyət mədəniyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən yenilikləri dəstəkləyən və bu sahədə yeni layihələrə açıq olduğunu bildirən Bakı Qızlar Universitetinin rektoru professor Sevinc Rəhimova da tədbirdə iştirak etdi.
Konfrans çərçivəsində panel müzakirələr, işçi sessiyalar və təcrübə mübadiləsi platformaları təşkil olundu, iştirakçılar ali təhsilin keyfiyyəti ilə bağlı aktual çağırışlara dair fikir mübadiləsi apardılar.
02-12-2025
02-12-2025
02-12-2025
01-12-2025