25-04-2025
25 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi ilə Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi.
Konfransda Bakı Qızlar Universitetinin “Filologiya-tarix” fakültəsinin II kurs tələbəsi Ləman Məmmədova “Pedaqogika” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadə ilə həmmüəllif olduqları “Kadr hazırlığında dil kommunikasiya bacarıqlarının əhəmiyyəti” adlı məqalə ilə çıxış etdi/
Ləman Məmmədova nitqində dil bacarıqlarının insan kapitalının formalaşmasında mühüm rol oynadığını vurğulayıb, bu sahənin təhsil və inkişaf strategiyalarında əsas prioritetlərdən biri olduğunu qeyd etdi.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olundu.
26-04-2025
25-04-2025
25-04-2025
25-04-2025