03-06-2026
3 iyun 2026-cı il tarixində Bakı Qızlar Universitetində 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyası başladı.
Yaz imtahan sessiyası çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə imtahanlar iki növbəli- saat 10:00-dan 12:00-dək və 13:00-dan 15:00-dək keçirilir.
Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, imtahan prosesində şəffaflığın və operativ nəzarətin təmin olunması məqsədilə universitetdə fəaliyyət göstərən Operativ Qərargah və Apelyasiya Komissiyası sessiya müddətində öz işini davam etdirir.
İmtahanların keçirildiyi auditoriyalar zəruri texniki vasitələrlə təmin olunmuş, nəzarətçi heyəti əvvəlcədən müvafiq qaydada təlimatlandırılmışdır.
Sessiyanın ilk günündə Bakı Qızlar Universitetinin rektoru professor Sevinc Rəhimova və tədris işləri üzrə prorektor professor Hava Abdullayeva imtahan auditoriyalarında olaraq prosesin gedişini izləyib, imtahanların təşkilinə və qaydalara əməl olunmasına nəzarət ediblər.
Yaz imtahan sessiyasının 2 iyul 2026-cı il tarixində başa çatması nəzərdə tutulur.