Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

13-05-2025

Bakı Qızlar Universitetində “Temperamentin psixologiyası” mövzusunda açıq dərs keçirildi

Bakı Qızlar Universitetində “Temperamentin psixologiyası” mövzusunda açıq dərs keçirildi

13 may 2025-ci il tarixində Bakı Qızlar Universitetinin “Sosial-pedaqoji fakültənin “Məktəbəqədər təhsil” ixtisası üzrə təhsil alan MQ2/24 qrupunda “Psixologiya” fənnindən açıq dərs keçirildi.

Açıq dərsdə “Keyfiyyətin təminatı və monitorinqi” şöbəsinin rəhbəri Rəqsanə Məmmədova, Tədris şöbəsinin müdiri dosent Ulduz Qəzvini, “Psixologiya” kafedrasının müdiri dosent Nurəngiz Rzayeva iştirak etdilər.

Dərsin mövzusu “Temperamentin psixologiyası” idi. Dərs “Psixologiya” kafedrasının baş müəllimi Aytac Eminovanın təqdimatında aparıldı. Müəllim dərsdə interaktiv təlim metodlarından və ağıllı lövhədən istifadə edərək tələbələrə mövzunu nəzəri və praktik baxımdan izah etdi. Dərs tələbələrin fəal iştirakı ilə keçdi, müzakirələr və fikir mübadiləsi aparıldı.

Açıq dərs universitetin tədris prosesində innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətli bir nümunə kimi qiymətləndirildi

Digər xəbərlər

Bütün xəbərlər