Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

19-04-2026

Bakı Qızlar Universitetinin tələbələri Repressiya Qurbanları Muzeyini ziyarət ediblər

Bakı Qızlar Universitetinin tələbələri Repressiya Qurbanları Muzeyini ziyarət ediblər

17 aprel 2026-cı il tarixində Bakı Qızlar Universitetinin “Gənc filoloqlar” klubunun təşəbbüsü ilə Repressiya Qurbanları Muzeyinə ziyarət təşkil olunub.

Ziyarət zamanı tələbələr repressiya dövrünün ağır və faciəvi hadisələrini əks etdirən eksponatlarla yaxından tanış olub, həmin dövrün qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Muzeyin direktoru Mehman Hacıyev tələbələrə şəxsən bələdçilik edərək, sərgilənən sənədlər, fotoşəkillər, saxlanma və cəzaçəkmə kameraları, eləcə də arxiv materialları haqqında geniş və ətraflı məlumat verib.

Ziyarətin sonunda universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova muzeyin Xatirə kitabına öz təəssüratlarını qeyd edib, muzey rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, “Gənc filoloqlar” klubunun rəhbəri Sara Əzizovanın və klub üzvlərinin təşəbbüsü ilə həyata keçirilən bu ziyarət gənclər arasında milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Bakı Qızlar Universitetində belə maarifləndirici layihələrin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Bütün xəbərlər