11-06-2026
27 may və 9 iyun 2026-cı il tarixlərində ARB TV-nin “Təhsil Arenası” verilişində ali təhsilin aktual problemlərinə həsr olunmuş müzakirələr keçirilib. Verilişlərin qonaqlarından biri Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının baş müəllimi Əlibala Zalov olub.
Əlibala Zalov çıxışlarında ali təhsilli gənclərin məşğulluq imkanları, əmək bazarının tələbləri, məzunların işlə təmin olunması yolları, eləcə də universitetlərin bölgələrə köçürülməsi məsələləri ilə bağlı fikirlərini bölüşüb. Ekspert təhsil sahəsində mövcud vəziyyəti təhlil edərək, problemlərin həlli istiqamətində təkliflərini səsləndirib.
Verilişlər çərçivəsində aparılan müzakirələr tamaşaçıların böyük marağına səbəb olub və təhsil ictimaiyyəti üçün aktual məsələlərin geniş auditoriyaya çatdırılmasına xidmət edib.
11-06-2026
11-06-2026
09-06-2026
09-06-2026