19-01-2026
19 yanvar 2026-cı il tarixində Bakı Qızlar Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra universitetin rektoru, professor Sevinc Rəhimova çıxış edərək, “20 Yanvar” tarixini Azərbaycan xalqının yaddaşına həm şərəfli, həm də hüznlü bir gün kimi həkk olunmuş mühüm hadisə kimi səciyyələndirdi. Rektor çıxışında 20 Yanvar faciəsinin müstəqil Azərbaycan dövlətinin tarixində olduqca əhəmiyyətli bir səhifə olduğunu vurğulaydı və tədbir iştirakçıları ilə birlikdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra söz “Tarix” kafedrasının müdiri, dosent Əzizaga Ələkbərliyə verildi. Dosent Ə.Ələkbərli 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda mövcud olmuş ictimai-siyasi vəziyyət haqqında ətraflı məlumat verdi.
Çıxışlardan sonra “20 Yanvarda doğulanlar” adlı sənədli film nümayiş etdirildi.
Film 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsinin unudulmaması, onun tarixi əhəmiyyətinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynadı.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
19-01-2026
17-01-2026
15-01-2026
13-01-2026