19-05-2025
16 may 2025-ci il tarixində Ankara Hacı Bayram Veli Universitetində keçirilən 6-cı Beynəlxalq Travel & Tourism Dynamics Konqresində Bakı Qızlar Universitetinin Filologiya-tarix fakültəsinin II kurs tələbəsi Ləman Məmmədova “Təhsildə mədəni irsin təşkili və tanıtımı: Milli dəyərlərin qorunması və gələcəyə daşınılması” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə mədəni irsin təhsil sistemi vasitəsilə gənc nəslə aşılanmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, milli kimliyin formalaşmasında mədəni dəyərlərin öyrədilməsi mühüm rol oynayır və bu, vətənpərvərliyin inkişafına da xidmət edir.
Konqresin sonunda iştirakçılara onlayn sertifikatlar təqdim olunub.
19-05-2025
19-05-2025
19-05-2025
17-05-2025