Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

31-01-2026

Bakı Qızlar Universitetində qış imtahan sessiyası başa çatır

Bakı Qızlar Universitetində qış imtahan sessiyası başa çatır

    2025–2026-cı tədris ilinin qış imtahan sessiyası artıq yekunlaşmaq üzrədir.

 Bakı Qızlar Universitetində təhsil alan gənclərin böyük əksəriyyəti imtahanlardan uğurla keçmişdir. Bununla yanaşı, müəyyən səbəblərdən imtahandan müvəffəqiyyətlə keçməyən tələbələr də olmuşdur.

İmtahan nəticələri ilə bağlı məsələlərin yenidən  nəzərdən keçirilməsi üçün bəzi tələbələr Apellyasiya Komissiyasına müraciət etmiş,  müraciətlər obyektiv və ədalətli şəkildə araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

İmtahanların şəffaf və obyektiv şəkildə keçirilməsini təmin etmək məqsədilə universitetdə Operativ Qərargah yaradılmışdır. Operativ Qərargah və Apellyasiya Komissiyası öz vəzifələrini  vaxtında və məsuliyyətlə yerinə yetirmiş, imtahan prosesi boyunca fasiləsiz fəaliyyət göstərmişdir.

Qeyd etmək lazımdır ki, imtahan prosesi zamanı müəllimlər tərəfindən yoxlama işləri vaxtında  və məsuliyyətlə həyata keçirilmiş, dekanlıq tərəfindən isə qiymətlərin vaxtında təsdiqlənməsi  və qruplara elan edilməsi təmin olunmuşdur.

Ümumilikdə, qış imtahan sessiyası təşkilati baxımdan yüksək səviyyədə, şəffaf və obyektiv şəkildə həyata keçirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər

Bütün xəbərlər