Vəlibəyova Şəlalə Fərhad qızı
1964-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1971-1981-ci illərdə Şəki şəhər 3 saylı tam orta məktəbi bitirmişdir. Elə həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstutunun I müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1987-ci ildə Tibb İnstutunu bitirdikdən sonra təyinatla Şəki şəhər Doğum evi kompleksində anestezioloq-reanimatoloq vəzifəsində çalışmışdır.
1996-cı ildən Bakı 1 saylı tibb kollecində müəllim vəzifəsində çalışır.
Hal-hazırda 2010-cu ildən Bakı Qızlar Universitetinin “Riyaziyyat, İnformatika və təbiət fənləri” kafedrasında “Tibbi məntəqə “ həkimi vəzifəsində işləyir.