14-09-2024
14.09.2024-cü il tarixində Bakı Qızlar Universitetində professor və müəllim heyətinin iştirakı ilə pedaqoji şuranın iclası keçirilidi.
İclas tədris prosesi, təlim keyfiyyəti və təşkilati məsələlərin geniş müzakirəsinə həsr olunmuşdur.
BQU-nun təsisçisi, prof. Ağarəhim N. Rəhimov yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq professor və müəllim heyətini təbrik etdi, tədris işinin daha da inkişaf etdirilməsi üçün diqqət yetirilməli olan sahələrə toxundu.
Universitetin tədris işləri üzrə prorektoru, prof. Hava Abdullayeva çıxışı zamanı universitetin tədris sahəsindəki nailiyyətlərindən danışaraq, tədris proqramlarının keyfiyyətini və tələbələrin uğurlarını vurğuladı. O, qeyd etdi ki, tədrisin daha yüksək keyfiyyətə çatdırılması üçün təlimin müasir metodlarla təşkil olunması vacibdir. Daha sonra tədris prosesinin təşkilati aspektlərindən danışaraq, tədrisin təşkili və imtahanın gedişatında yaranan çətinlikləri və nöqsanları müəllimlərin diqqətinə çatdırdı və bu problemlərin həlli yollarını təklif etdi.
İclasda təlimin keyfiyyətinin artırılması üçün müəllim heyətinin daim təkmilləşməsi və yeni tədris metodlarına uyğunlaşması, daha çox innovativ yanaşmalara ehtiyac olduğu vurğulandı.
Sonda prof.A.Rəhimov bildirdi ki, tədrisin keyfiyyətinin artırılması və təşkilati məsələlərə nəzarətin gücləndirilməsi universitetin əsas prioritetlərindən biridir. Bu istiqamətdə rektor və prorektorun tövsiyələri əsasında işlərin daha da təkmilləşdirilməsi planlaşdırılır.
09-10-2024
09-10-2024
09-10-2024
07-10-2024