Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

04-10-2024

TEC nəzdində yeni klublar fəaliyyətə başladı

TEC nəzdində yeni klublar fəaliyyətə başladı

        2 oktyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyətinin nəzdində yeni yaradılmış klub rəhbərləri ilə ilk iclas keçirildi.  

     İclasda klubların yeni yaradılması münasibəti ilə tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, Tələbə Elmi Cəmiyyətinin sədri Aytac Zeynalova onları təbrik edərək  2024-2025-ci tədris ili ərzində keçirilməsi nəzərdə tutulmuş layihələrlə tanış etdilər.

   Qeyd edək ki, TEC nəzdində "Gənc  ibtidai sinif müəllimləri" klubu, "Gənc təbiətşünaslar" klubu, "Gənc  məktəbəqədər müəllimlər" klubu, "Linqvistlər", "Gənc psixoloqlar", "Gənc filoloqlar", "Gənc tarixçilər", "Gənc Riyaziyyatçılar"  adlı 8 klub yaradılıb.

 İclasda layihələrlə bağlı ətraflı müzakirələr  aparıldı  və qarşıya çıxan suallara aydınlıq gətirildi.

Digər xəbərlər

Bütün xəbərlər