17-05-2024
10 may 2024-cü il tarixində Bakı Qızlar Universitetində universitetin "Psixologiya" kafedrasının baş müəllimi, praktik psixoloq Nərmin Abdullayevanın "Narkomaniya və fəsadları" mövzusunda təlimi keçirildi.
Psixoloq Nərmin Abdullayeva "Narkomaniya və fəsadları" haqqında slayd təqdim edərək yeniyetmələrdə narkomaniyaya meyillilik və asılılıq, eyni zamanda bu asılılığın bütövlükdə insan həyatının bütün sahələrinə mənfi təsirləri və doğurduğu fəsadları barəsində çıxış etdi.
İştirakçılarla zəruri praktik bilikləri bölüşən N.Abdullayeva narkomaniyaya aparan psixoloji səbəblərə ətraflı şəkildə toxundu və insanın həm psixi, həm də fiziki sağlamlığı üçün sağlam həyat tərzinin vacibliyini onların nəzərinə çatdırdı.
Təlimdə “Psixologiya” kafedrasının müdiri, dosent Nurəngiz Rzayeva və kafedranın əməkdaşı dos.Ramil Mirzəyev də iştirakçılarla öz maraqlı fikirlərini bölüşdülər.
Daha sonra psixoloq N. Abdullayeva tələbələrlə narkotik asılılığın terapiyasında istifadə olunan psixoterapiyalar və korreksion proqramlar haqqında məlumat verdi.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024