19-05-2025
15–16 may 2025-ci il tarixlərində Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Konstitusiya və Suverenlik İli: Torpaq islahatının yeni mərhələsi və ekoloji problemlərin həlli” mövzusunda Respublika Elmi-Praktik Konfransı keçirilib.
Konfransda Bakı Qızlar Universitetinin Filologiya-tarix fakültəsinin II kurs tələbələri Ləman Məmmədova “Müasir idarəetmədə yeni yanaşma: Ağıllı şəhər və kənd konsepsiyası” və Aysun Motuxova “Azərbaycanda kənd təsərrüfatının inkişaf mərhələləri” mövzularında çıxış ediblər.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
19-05-2025
19-05-2025
19-05-2025
17-05-2025