18-01-2025
18 yanvar 2025-ci il tarixində Bakı Qızlar Universitetində “20 Yanvar hüzn günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ardınca 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Açılış nitqi ilə Universitetin rektoru, professor Sevinc xanım Rəhimova çıxış etdi. O, “20 Yanvar Qanlı faciəsi”nin tarixi əhəmiyyətini vurğulayaraq, bu faciənin Azərbaycanın azadlıq mübarizəsindəki rolunu şərh etdi.
Daha sonra “Tarix” kafedrasının müdiri, dosent Əzizağa Əələkbərli çıxış edərək, 20 Yanvar hadisələrinin tarixi aspektləri və xalqın bu faciəyə göstərdiyi kütləvi müqavimət barədə ətraflı məlumat verdi.
Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş təsirli bir videoçarx nümayiş etdirildi.
Allah bütün şəhidlərimizə rəhmət etsin! Onlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq !
20-01-2025
18-01-2025
11-01-2025
10-01-2025