Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

22-05-2026

Bakı Qızlar Universitetinin tələbələri Mərkəzi Nəbatat Bağında çöl təcrübəsində iştirak ediblər

Bakı Qızlar Universitetinin tələbələri Mərkəzi Nəbatat Bağında çöl təcrübəsində iştirak ediblər

12 may 2026-cı il tarixində  Bakı Qızlar Universitetinin Filologiya-Tarix fakültəsinin Coğrafiya/22 qrupu pedaqoji təcrübə çərçivəsində Mərkəzi Nəbatat Bağına ekskursiya edib. Ekskursiyada fakültə üzrə pedaqoji təcrübə rəhbəri İlahə Quliyeva, ümumi pedaqoji təcrübə rəhbəri Sədaqət Əliyeva, Filologiya-Tarix fakültəsinin dekan müavini Səyalə İmanova və tələbələr iştirak ediblər.  

Ekskursiya zamanı tələbələr Mərkəzi Nəbatat Bağının tarixi, zəngin flora müxtəlifliyi və ekoloji əhəmiyyəti ilə yaxından tanış olublar. Məlumat verilib ki, bu tarixi məkan 1934-cü ildə Bakının dağlıq hissəsində, “Qurd qapısı” adlanan əraziyə yaxın sahədə yaradılıb və hazırda ölkənin ən mühüm elmi-ekoloji mərkəzlərindən biri hesab olunur.

Tələbələr ekskursiya zamanı öyrəniblər ki, bağda aparılan bərpa və yenidənqurma işləri nəticəsində ərazi 44,8 hektara qədər genişləndirilib. Hazırda burada 2500-dən çox ağac, kol və ot bitkisi, həmçinin 130-a yaxın nadir bitki növü qorunur.

Bağ ərazisində yerləşdirilən məlumat lövhələri vasitəsilə tələbələr Azərbaycan florası ilə yanaşı, Şərqi Asiya, Şimali Amerika, Aralıq dənizi hövzəsi və dünyanın digər bölgələrindən gətirilmiş müxtəlif qiymətli bitkilərlə tanış olublar. Soğangülü, payızgülü, qarğasoğanı, dağlaləsi, nərgiz, sünbülçiçək, süsən və zəngin qızılgül kolleksiyası tələbələrin xüsusi marağına səbəb olub.

Bu çöl təcrübəsi tələbələrin ekologiya və botanika sahəsində biliklərinin artmasına, müşahidə bacarıqlarının inkişafına və ətraf mühitə daha həssas yanaşmalarının formalaşmasına mühüm töhfə verib.

Digər xəbərlər

Bütün xəbərlər