Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

04-07-2024

“A+” adlı məzun festivalı

“A+” adlı məzun festivalı

 

 E L A N

Əziz tələbələr! Ağ Şəhərin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə 6 iyul tarixində Ağ Şəhərdə yerləşən “Bazar Meydanı”nda 10.000 tələbənin iştirakı ilə “A+” adlı məzun festivalının keçirilməsi planlaşdırılır. Festivalın əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrinin tələbə və məzunlarını bir araya toplamaq, imtahanlardan sonra asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, onlar üçün stressdən kənar mühit formalaşdırmaq və şəbəkələşmə imkanı yaratmaqdır. Festival ərzində müxtəlif rəqs kompozisiyaları təşkil olunacaq, viktorinalar, yarışlar keçiriləcək və qalib gələn tələbələrə dəyərli hədiyyələr veriləcəkdir.

TGT-nin fəaliyyətinə göstərdiyi dəstəyi nəzərə alaraq arzu edən tələbələrimiz 6 iyul saat 16:00 tarixində “Bazar Meydanı”nda keçiriləcək festivalda iştirak edə bilərlər.

 

Hörmətlə,

BQU Tələbə Gənclər Təşkilatı 



Bütün xəbərlər

Bütün elanlar