Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

07-03-2025

Bakı Qızlar Universitetində 8 Mart Beynəlxalq Qadınlar Gününə Həsr Olunmuş Tədbir Keçirildi

Bakı Qızlar Universitetində 8 Mart Beynəlxalq Qadınlar Gününə Həsr Olunmuş Tədbir Keçirildi

Bakı Qızlar Universitetində 8 Mart Beynəlxalq Qadınlar Gününə Həsr Olunmuş Tədbir Keçirildi

07 mart 2025-ci il tarixində Bakı Qızlar Universitetində "8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın hüquqları Konstitusiya və Suverenlik ili" müstəvisində" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıldı.

Tədbirin açılış nitqini Bakı Qızlar Universitetinin tədris işləri üzrə prorektoru, professor Hava xanım Abdullayeva etdi. O, çıxışında Azərbaycanın qalib qadınlarının, analarının və onların cəmiyyətimizdə oynadığı mühüm roldan bəhs etdi,ürək sözlərini bölüşərək müəllim və tələbələri bayram münasibətilə təbrik etdi.

Bakı Qızlar Universitetinin tərbiyə işləri üzrə prorektoru Aygün xanım Cəfərova tədbir iştirakçılarına Hüseyn Arifin "Analar" şeirini səsləndirdi. Ardınca, II kurs tələbəsi Aləm Cəfərzadənin ifasında xoş bir musiqi dinlənildi.

Tədbirdə Bakı Qızlar Universitetinin II kurs  tələbəsi Aynur Narbekova ingilis dilində qadınların hüquqları və cəmiyyətdəki rolu ilə bağlı çıxış etdi.

Tədbirin   ədəbi-bədii kompozisiyası hissəsindən sonra “Səadət” rəqs qrupunun üzvəri  maraqlı flaşmob  nümayiş etdirdilər.

Qadın hüquqlarının dövlət səviyyəsində qorunmadığı dövrlərdə bu məsələ ziyalıların və ədiblərin üzərinə düşürdü. Azərbaycan musiqisinin atası Üzeyir Hacıbəyov erkən nikahlara qarşı öz etirazını əsərləri vasitəsilə bildirmişdir. Bunun bariz nümunəsi "O olmasın, bu olsun" operettasıdır. Tədbirdə bu əsər əsasında səhnəcik də nümayiş olundu. Dayə obrazında Əhmədova Səmayə, Gülnaz  obrazında Tahirova Arzu, Rüstəm bəy obrazında  Abdullalı Çinarə "O olmasın, bu olsun" səhnəsinin ifaçıları idi.

 Tədbir Bakı Qızlar Universitetinin himni səsləndirilməsi ilə başa çatdı.

Universitet rəhbərliyi, müəllimlər və tələbələr bu əlamətdar günün vacibliyini vurğulayaraq, qadınların cəmiyyətimizdəki yerini və rolunu yüksək qiymətləndirdilər.

Bayramınız mübarək!

Digər xəbərlər

Bütün xəbərlər