Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

15-05-2025

Bakı Qızlar Universitetində Psixoloqlar Günü münasibətilə elmi-praktik tədbir keçirildi

Bakı Qızlar Universitetində Psixoloqlar Günü münasibətilə elmi-praktik tədbir keçirildi

14 may 2025-ci il tarixində Bakı Qızlar Universitetində Dünya Psixologiya Günü münasibətilə elmi-praktik seminar keçirildi. “Düşün, hiss et, dəyiş: Psixologiyanın gələcəyinə bir baxış” adlı tədbir TEC nəzdində fəaliyyət göstərən Gənc Psixoloqlar Klubunun təşkilatçılığı və Psixologiya ixtisası üzrə P-23 qrupunun tələbələrinin təşəbbüsü ilə baş tutdu. Layihənin rəhbəri Əlizadə Şəfiqə, baş koordinatoru isə Aynur Əsgərova olmuşdur.

Seminarda Bakı Qızlar Universiteti ilə yanaşı, Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Odlar Yurdu Universitetinin “Psixologiya” ixtisası üzrə  təhsil alan tələbələri də iştirak etdilər. Həmçinin, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da tədbirə qatılaraq, öz təcrübələrini bölüşdülər.

Proqram çərçivəsində psixologiya elminin müasir çağırışları, elmi-praktik yanaşmalar və gənc mütəxəssislərin bu sahədəki rolu ətrafında çıxışlar təqdim olundu. Universitetin “Psixologiya” kafedrasının müdiri dosent Nurəngiz Rzayeva, kafedranın dosenti Ramil Mirzəyev, baş müəllimlər Nərmin Abdullayeva və Cavid Musayev psixologiyanın aktual problemləri və inkişaf perspektivləri barədə geniş məlumat verdilər. Psixoloji Sağlamlıq və Reabilitasiya şöbəsinin müdiri Zeynəb Əliyeva  isə psixoloji xidmətin cəmiyyət üçün əhəmiyyətindən danışdı.

Tədbir zamanı tələbələrin iştirakı ilə psixoloji mövzulu səhnəciklər nümayiş olundu, interaktiv sorğular və müzakirələr aparıldı. Həmçinin təqdimatlar və videoçarxlar vasitəsilə psixologiyanın müxtəlif aspektlərinə diqqət çəkildi.

Sonda tədbir iştirakçılarına təşəkkür edildi, xatirə şəkilləri çəkildi və iştirakçılar arasında fikir və təkliflərin toplanması məqsədilə rəy forması paylaşıldı.

Tədbirdə Sosial pedaqoji fakültənin dekanı dosent İlahə Quliyeva, Filologiya -tarix” fakültənin dekan müavini Səyalə İmanova, “Tədris şöbəsi”nin müdiri dosent Ulduz Qəzvini və digər əməkdaşlar da iştirak edirdilər.

Psixoloqlar Günü münasibətilə təşkil olunan bu tədbir tələbələrin elmi düşüncə tərzinin formalaşdırılması, sosial bacarıqlarının inkişafı və psixologiya elminə marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.

Digər xəbərlər

Bütün xəbərlər