01-07-2026
29 və 30 iyun 2026-cı il tarixində Bakı Qızlar Universitetində 060119- “Pedaqogika” ixtisasının “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşması üzrə 2024-cü il qəbulu magistrantların İxtisaslaşdırılmış Şurada dissertasiyalarının müdafiəsi keçirildi.
İxtisaslaşdırılmış Şuraya Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor A. N. Abbasov sədrlik edirdi. İxtisaslaşdırılmış Şuranın elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərova idi.
Müdafiələr zamanı magistrantlar dissertasiya işlərini təqdim edərək, tədqiqatlarının elmi nəticələrini, nəzəri və praktik əhəmiyyətini Şura üzvlərinə təqdim etdilər.
Magistr dissertasiyalarının müdafiəsi gələcək elmi-pedaqoji fəaliyyət üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, magistrantların qazandıqları bilik və bacarıqların obyektiv qiymətləndirilməsinə də imkan yaratdı.
01-07-2026
30-06-2026
27-06-2026
27-06-2026