14-10-2024
14 oktyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetində "Humay" ədəbi birliyinin 2024-2025-ci il yeni tədris ili üçün ilk məclisi keçirildi.
Məclis Azərbaycanın görkəmli şairi Məmməd Arazın doğum gününə həsr olunmuşdur.
Məclisi giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova üzvləri salamlayaraq, yeni tədris ilində nəzərdə tutulmuş layihələrdən söz açdı.
Daha sonra məclisin ithaf olunduğu Məmməd Arazın həyat və yaradıcılığını əks etdirən video-çarx izlənildi. Məclisin qonağı “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri dosent Yeganə Hacıyeva ədəbi məclisin fəaliyyətini yüksək qiymətləndirdi. Çıxışında Y.Hacıyeva gələcəkdə üzvlərin əsərlərindən ibarət ədəbi-bədii toplu hazırlanması barədə təklif irəli sürərək gənc yazarların ilk qələm təcrübələrini maraqla dinlədi. Daha sonra üzvlər hər biri öz bədii mətnlərini səsləndirmiş və nümunələr müzakirə olunmuşdur.
Sonda ötən il ərzində "Humay" ədəbi birliyinin məclislərində fəallıq göstərmiş tələbələrin hekayələri nəşr olunan "Bütöv Azərbaycan" qəzeti üzvlərə paylanıldı.