08-05-2025
Bakı Qızlar Universitetinin “Psixologiya” kafedrasının təşəbbüsü ilə SP2-24 qrup tələbələrinin iştirakı ilə Sosial psixologiya fənnindən təqdimatlar keçirilib. Dərs kafedra müdiri, dosent Nurəngiz Rzayevanın rəhbərliyi ilə keçirilib.
Təqdimatlar tələbələrin fənn çərçivəsində əldə etdikləri bilikləri tətbiq etmək və praktiki bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb. Təqdimatlar “Ünsiyyət” və “Şəxsiyyət” mövzularına həsr olunub. Tələbələr qruplar halında çıxış edərək müxtəlif nəzəri yanaşmaları, praktiki nümunələri və psixoloji modelləri interaktiv şəkildə auditoriyaya təqdim ediblər.
Müzakirə formatında davam edən təqdimatlar tələbələr arasında qarşılıqlı fikir mübadiləsinə və sosial psixologiyanın aktual məsələlərinin daha dərindən mənimsənilməsinə şərait yaradıb. Dərsin sonunda tələbələrin çıxışları kafedra müdiri tərəfindən qiymətləndirilib və növbəti tapşırıqlar verilib.
08-05-2025
07-05-2025
06-05-2025
06-05-2025