Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

15-05-2025

Bakı Qızlar Universitetinin dosenti Subhan Talıblının Salyan soyqırımı ilə bağlı məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

Bakı Qızlar Universitetinin dosenti Subhan Talıblının Salyan soyqırımı ilə bağlı məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

Bakı Qızlar Universitetinin “Tarix” kafedrasının dosenti Subhan Talıblının 1918-ci il Salyan soyqırımı haqqında elmi araşdırması beynəlxalq səviyyəli elmi jurnalda dərc olunub.

Tədqiqat "About the 1918 Salyan Genocide of Azerbaijanis in historical sources and scientific references" (Azərbaycanlıların 1918-ci il Salyan Soyqırımı tarixi mənbələr və elmi istinadlarda) adlı məqalə şəklində “Science, Education and Innovations in the Context of Modern Problems” jurnalının 2025-ci il, 8-ci cild, 4-cü sayında çap olunub.

Məqalədə Salyan bölgəsində 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliam tarixi sənədlər və elmi mənbələr əsasında təhlil edilir, həmçinin hadisənin səbəbləri, miqyası və nəticələri ilə yanaşı, bu soyqırımının beynəlxalq hüquq və tarixi baxımdan qiymətləndirilməsinin vacibliyi də əsaslandırılır.

Bu elmi nəşr, Azərbaycan tarixinin acı və unudulmaz səhifələrindən birinin beynəlxalq elmi auditoriyaya çatdırılması baxımından mühüm addımdır.

Jurnalın rəsmi saytı və məqalənin tam mətninə keçid:



https://imcra-az.org/archive/362-science-education-and-innovations-in-the-context-of-modern-problems-issue-4-volviii-2025.html
 

Digər xəbərlər

Bütün xəbərlər