04-03-2024
4 mart 2024-cü il tarixində Bakı Qızlar Universitetinin tələbələrindən ibarət "Humay" ədəbi birliyinin növbəti ədəbi məclisi keçirildi.
Məclisi giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova universitetin tələbələri arasında istedadlı gənclərin aşkara çıxarılması , onların qabiliyyət və yaradıcılıq imkanlarının inkişaf etdirilməsi baxımından belə bir birliyin fəaliyyətini təqdirəlayiq hesab etdiyini bildirdi və tələbələrə uğurlar arzuladı.
Məclisdə iştirak edən birlik üzvləri - Ələsgərova Rəvanə, Mürsəliyeva Əsli, Ağayeva İlahə, Rəhimova Fatimə, Vəliyeva Nəzakət, Babayeva Elşanə ilk qələm təcrübələrini - öz şeir, hekayə, esselərini səsləndirmiş, daha sonra səsləndirilən nümunələr, onların ədəbi-bədii xüsusiyyətləri və ədəbiyyatşünaslıq istiqamətləri üzrə müzakirələr aparıldı.
Sonra "Humay" ədəbi birliyinin rəhbəri Arzu Şıxəliyeva növbəti məclisin 1 aprel tarixində keçiriləcəyini elan edərək seçilmiş nümunələrin gələcəkdə mətbuatda nəşri istiqamətində görüləcək işlər barədə danışdı.
Sonda "Humay" ədəbi birliyinin gənc yazarları ilə xatirə şəkilləri çəkildi.