28-01-2024
28.01.2024-cü il tarixində Bakı Qızlar Universiteti Türkiyənin İqtisadi İnkisaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təskilatçılığı ilə “ULUSLARARASI TÜRK VƏ DÜNYA KADIN ARAŞTIRMALARI KONQRESİ” adlı konfrans keçirildi.
Konfransda ilk olaraq Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin himnləri səsləndirildi. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlklərə imza atan, ali təhsilli və tarixə adını qırmızı hərflərlə yazan Azərbaycan qadınlarından bəhs edən videoçarxın nümayişindən sonra Bakı Qızlar Universitetinin rektoru professor Sevinc Rəhimovaya söz verildi. Sevinc xanım öz çıxışında milli-mənəvi dəyərlərimizin formalaşmasında, qorunmasında əhəmiyyətli rol oynayan qadınların tarix boyu qəhrəmanlıq nümunələrinə və fədakarlıqlarına toxunaraq qadınların cəmiyyətdəki əsas vəzifələrini diqqətə çatdırdı. Onların təhsil almasının nə dərəcədə vacib olduğunu vurğuladıqdan sonra Bakı Qızlar Universitetinin yaranması tarixi barədə qısametrajlı filmə baxmağa dəvət etdi.
Filmdən sonra “Türk Qadın Araşdırmaları” jurnalının redaktoru Dr. Yıldız Saki, Türkiyə Cümhuriyyətindən dəvət olunan Selcuk Universitetinin dosenti Dr. Seyhan Çankaya və müstəqil araşdırmaçı Dr. Taner Gür, Özbəkistan Respublikasının Əlişir Nəvai Universitetinin nümayəndəsi Dilbər Heydərova çıxış etdilər.
Konfransın bədii hissəsindən sonra çay fasiləsi elan edildi.
Panelimizin açılışı zamanı qadına dair sağlıq, psixoloji və iş həyatı kimi mövzulara toxunan Bakı Qızlar Universitetinin müəllimləri Dr.Nurəngiz Rzayeva, Aygün Cəfərova, Ürfanə Məmmədova, Səyalə İmanova, Rəqsanə Məmmədova və Xatirə Bəylərzadənin çıxışları xüsusilə yaddaqalan oldu.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edildi və xatirə şəkilləri çəkildi.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024