Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

29-03-2024

Bakı Qızlar Universiteti və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə respublika elmi-praktik konfrans keçirildi

Bakı Qızlar Universiteti  və Quba  Soyqırımı Memorial Kompleksinin  birgə  təşkilatçılığı ilə respublika elmi-praktik konfrans keçirildi

      29 mart 2024-cü il tarixində Bakı Qızlar Universiteti və Quba “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Azərbaycanlılara qarşı törədilən 1918-ci il soyqırımı hadisələrinin nəticələri” mövzusunda respublika elmi-praktik konfransı keçirildi.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilidi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin  xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

İlk olaraq, universitetin rektoru, professor Sevinc Rəhimova “31 mart soyqırımı Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda məruzə etdi. Daha sonra  Bakı Qızlar Universitetinin  “Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərli 1918-ci ildə Lənkəran və Şamaxıda törədilmiş soyqırımlardan danışaraq, ermənilərin xalqımıza qarşı apardığı etnik təmizlik və soyqırım siyasətini pislədi.

     AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba  “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı  1918-ci ildə Salyanda baş vermiş mart soyqırımı barəsində məlumat verərək, azərbaycanlıların soyqırımının xüsusi qəddarlıqla həyata keçirildiyini bildirdi. 

Bakı Qızlar Universitetinin baş müəllimi, BDU-nun doktorantı Tural Vəlizadə  1918-ci il Mart soyqırımının  arxiv sənədlərində də əks olunduğunu bildirərək, bu barədə ətraflı məlumat verdi.

 Daha sonra Quba “Soyqırımı Memorial Kompleksi”nin “Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsi”nin müdiri Lətafət Behbudova, şöbənin əməkdaşları  Nurcan Allahverdiyeva  və Ülkər Zeynalova çıxış etdilər.

Çıxışlarda Qubada 1918-ci il hadisələri zamanı ermənilərin on minlərlə  insanın  qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba “Soyqırımı Memorial Kompleksi” yaradıldığı, tarixi həqiqətlərin və xalqımıza qarşı yönəldilmiş amansız qətliamların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulandı.

Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

 

Digər xəbərlər

Bütün xəbərlər