04-04-2024
3 aprel 2024-cü il tarixində Bakı Qızlar Universiteti və ABA Klinik Mərkəzin birgə təşkilatçılığı ilə “Autizm nədir? ABA Klinik Bakının fəaliyyəti” mövzusunda təlim keçirildi.
Təlimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Açılış nitqi üçün söz universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, prof. Sevinc xanım Rəhimovaya verildi. “ABA” uşaq inkişaf mərkəzinin ümumi şöbə rəhbəri Ümidə Kəngərlinin çıxışından sonra Xüsusi Təhsil üzrə mütəxəssis Özden Erbaş "Autizm nədir? ABA Klinik Bakının fəaliyyəti" mövzusunda məruzə etdi.
Bakı Qızlar Universitetinin pedaqogika üzrə fəlsəfə doktoru , təlimçi Gülşən xanım Eminova "İnklüziv təhsil" mövzusu ilə təlimdə iştirak etdi. O, “İnklüziv təhsildə müəllim hansı bacarıqlara sahib olmalıdır”, “İnklüziv təhsil nəyə gərəkdir”, “İnklüziv təhsilin çətinlikləri haqqında “ fikirlərini bölüşdü.
Təlimin sonunda iştirakçılar arasında praktiki oyun həyata keçirildi. İştirakçılara autizmi nəzərdən qaçırmamaq, uşaqlarda yaşıdlarından geri qalan əlamətlər müşahidə etdikdə dərhal mütəxəssisə müraciət etmək tövsiyə olundu.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024