15-02-2024
14 fevral saat 14:00 da Bakı Qızlar Universitetinin (BQU) Elmi Şurası 2023-2024-cü tədris ilinin yaz semestr dərslərinin başlanması ilə əlaqədar iclas keçirdi.
Elmi Şuranı universitetin təsisçisi yazıçı-dramaturq , prof.Ağarəhim Rəhimov açaraq iclas iştirakçılarını və BQU-nun bütün kollektivini növbəti semestrin başlanması münasibətilə təbrik etdi. Rektor prof. Sevinc Rəhimovanın ikinci yarımil üzrə başlanacaq tədrisin yüksək səviyyədə təşkil olunmasına dair çıxışından sonra söz Tədris işləri üzrə prorektor prof. Hava Abdullayevaya verildi. O, 2023-2024-cü tədris ilinin payız semestrinin yekunları barədə hesabatında şura üzvlərini sessiyanın yekun nəticələri ilə tanış etdi. Bildirildi ki, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığı təmin etmək məqsədilə yaradılan Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyasına daxil olan tələbələrin ərizə və şikayətlərinə baxılmış, müvafiq tədbirlər görülmüşdür. Daha sonra cari tədris ili ilə bağlı yeni təkliflərin olacağını şura üzvlərinin diqqətinə çatdırdı.
İclas zamanı Sosial-pedaqoji və Filologiya-tarix fakültəsinin dekanlarının semestr ərzində tədrisin vəziyyəti , imtahan prosesinin yekununa dair hesabatları dinlənildi.
Son söz olaraq prof.A. Rəhimov tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması və digər vacib istiqamətlərin də bu dərs ilində mühüm olduğunu bir daha vurğulayaraq pedaqoji heyətə uğurlar arzu etdi.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024