Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

06-03-2024

Təcrübəçi tələbələr tərəfindən M.Ə.Rəsulzadənin anım günü ilə bağlı tədbir keçirilib

Təcrübəçi tələbələr tərəfindən M.Ə.Rəsulzadənin anım günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurucu lideri, dövlət və ictimai xadimi Məhəmməd Əmin Rəsulzadənin vəfatından 69 il keçir. Bu münasibətlə Bakı Qızlar Universitetinin Filologiya-tarix fakültəsinin 240 saylı  tam orta məktəbdə pedaqoji təcrübədə olan T1-20  qrupun tələbələri Quluzadə Aytac,Mədətova Nərmin,Qarayeva Sevinc , Məmmədova Zülalə ,Məmmədova Aytac  M.Ə.Rəsulzadənin anım gününə həsr olunmuş tədbir keçirdilər. 
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.
Tədbirdə BQU-nun Pedaqogika kafedrasının  pedaqoqları Əlibala Zalov və Səidə Əliyeva, təcrübə rəhbəri  Sədaqət Əliyeva , metodist Elmira Kənan, 240 saylı məktəbin xarici dil müəllimi Yaqut Məhərrəmova və başqaları, 8-ci sinif şagirdləri   tədbirdə iştirak etdilər.  
   Dövlət himni səsləndirildikdən sonra  söz  pedaqoq Əlibala Zalova verildi. O,  M.Ə.Rəsulzadə ilə yanaşı Azərbaycan tarixində mühüm rol oynamış ictimai-siyasi liderlərin - ulu öndər H.Əliyev və prezident İ.Əliyevin  həyat və yaradıcılıqlarının indiki və gələcək nəsillərə ötürülməsinin vacib olduğunu vurğuladı.
Şagirdlərin  tarixi hadisələr haqqında çıxışlarından sonra ana vətənə aid  şeirlər səsləndirildi və kiçik səhnəcik nümayiş etdirildi.  Sonda M.Ə.Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən   kiçik videoçarx izlənildi.

Digər xəbərlər

Bütün xəbərlər