26-02-2024
26.02.2024-cü il tarixində Bakı Qızlar Universitetində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru prof. Sevinc Rəhimova Xocalı faciəsinin baş verdiyi tarixi şərait, səbəbləri və nəticələri barədə çıxış edərək bu soyqırımı törədənlərin əməllərini pisləmiş, bu qanlı tariximizi unutmayaraq, Azərbaycan xalqının verdiyi qurbanların xatirəsini əziz tutmağın vacibliyini vurğulamışdır. Universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova və başqaları çıxış edərək bu faciənin bəşəriyyətə qarşı yönəldilmiş vandalism olduğunu, Xocalının yenidən qurulduğunu , prezidentin imzaladığı “Böyük Qayıdış “ Dövlət Proqramının tezliklə Xocalı şəhərini əhatə edəcəyini qeyd etmişlər.
Sonra yazıçı ssenarist prof.Ağarəhim N. Rəhimovun ssenarisi əsasında çəkilmiş “Qırmızı qar” filmi nümayiş etdirilmişdir.
Tədbirdən sonra Bakı Qızlar Universitetinin tələbə və müəllim heyətinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" adlı abidəninin ziyarəti təşkil olunmuşdur.
Allah Xocalı şəhidlərinə rəhmət eləsin!