Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

05-03-2024

Təcrübəçi tələbələrin sınaq dərsləri davam edir

Təcrübəçi tələbələrin sınaq dərsləri  davam edir

Bakı Qızlar  Universitetinin  Filologiya-tarix və Sosial -pedaqoji fakültələrin təcrübəçi tələbələrinin orta məktəblərdə  sınaq dərsləri uğurla davam edir. Bakı Qızlar Universitetin “Pedaqogika” kafedrasının müdiri, prof. pedaqoq  Həsən Bayramov,  psixoloq Ramil Mirzəyev, metodistlər Ulduz Qəzvini, Rəqsanə Məmmədova, Elmira Kənan və Şəhanə Həsənova  Bakı şəhəri 176, 240 və 212 saylı məktəblərdə oldular . Əvvəlcə məktəb direktorları ilə görüşlər keçirərək, məktəbin kitabxanası  ilə tanış oldular. Tələbələrin sınaq dərslərini müşahidə edən psixoloq və metodistlər öyrədici tövsiyələrini verərək, əxlaqi mövzularda söhbətlər apardılar. Sonra  təcrübəçi tələbələrin  iş qrafikləri təyin edildi, tərbiyəvi sınaq dərslərinin hazırlanması metodikası ilə bağlı suallara cavab verildi və əxlaqi motivlərə əsaslanan mövzuların  slayd  şəklində hazırlanması tövsiyə olundu.

Digər xəbərlər

Bütün xəbərlər