02-04-2024
1 Aprel 2024-cü il tarixində Bakı Qızlar Universitetində “31Mart- Azərbaycan tarixinin 106-cı qanlı səhifəsi” mövzusunda seminar keçirildi.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Seminarı giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova ermənilərin xalqımıza qarşı həyata keçirdiyi qətliamın faktlarla gələcək nəsillərə ötürülməsinin vacibliyindən söhbət açdı və universitetdə bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətli rol oynadığını qeyd etdi.
Tədbirdə çıxış edən “Tarix” kafedrasının dosenti Kənan Əsgərli bildirdi ki, düşmənlərin həyata keçirdikləri kütləvi etnik təmizləmə siyasəti nəticəsində on minlərlə günahsız azərbaycanlıların qətlə yetirilməsi xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biridir .O, tarix boyu ermənilərin xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabını 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildiyini diqqətə çatdırdı.
Daha sonra F1-21 qrupunun tələbələri Səbinə Şərifova və Nəzrin Hüseynova, MQ1-22 qrupunun tələbələri Ləman Kərimli, Zəhra Hüseynova və başqaları çıxış etdilər.
Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr edilmiş videoçarx nümayiş olundu.