18-12-2023
25.12.2023-cü il tarixində Bakı Qızlar Universitetində “Problem davranışlarla baş etme teknikleri” adlı seminar keçirilmişdir. ABA Klinik Çocuk Gelişim Merkezinin xüsusi təhsil üzrə mütəxəssisi, uzman Tarık Akay və klinikanın icraçı direktoru Ümidə Kəngərlinin iştirakı və Bakı Qızlar Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə autizm sindromu, inklüziv təhsil mövzularından bəhs edilmiş, belə uşaqların cəmiyyətə uyğunlaşdırılması yolları, ABA metodu və onun tətbiqi haqqında ətraflı məlumat verilmişdir. Təlimdə iştirak edən Sosial-psixoloji fakültəsinin tələbələri T. Akaya mövzu ilə bağlı suallarını vermiş, sözugedən sindromlu uşaqların olduğu ailələrdə qarşılaşdıqları situasiyalardan söz açmışlar.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024