Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

16-12-2023

Bakı Qızlar Universitetində “Asılılığın psixologiyası” adlı təlim keçirilib

Bakı Qızlar Universitetində “Asılılığın psixologiyası” adlı təlim keçirilib

15.12.2023-cü il tarixində baş tutan tədbirdə universitetin Psixogiya kafedrasının əməkdaşları, prorektorlar və Sosial – Psixologiya, eləcə də Filologiya -tarix fakültəsinin tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan pedaqoji elmlər doktoru, professor Hava Abdullayeva gənc nəslin daha çox üzləşdiyi zərərli vərdişlərin mənfi fəsadları barədə danışıb. Bu səbəblə də universitetdə sözügedən problem barədə tələbələrin maarifləndirilməsi, ixtisaslarına uyğun olaraq cəmiyyətimizə daha çox faydalı ola bilmələri üçün belə təlimlərə xüsusi önəm verildiyini bildirib. Sonra Respublika Narkoloji Mərkəzinin psixoloqu, asılılıq üzrə mütəxəssis, psixoterapevt Ramin Allahverdiyev mövzu ilə bağlı olaraq çıxış edib.
O, psixotrop maddələrə aludəçiliyin yaranmasının psixoloji səbəbləri və qarşısının alınması məsələlərindən söz açıb. Mütəxəssis Ramin Allahverdiyev tələbələrə asılılıq probleminin müalicəsi və reabilitasiya haqqında ətraflı məlumat verib. Sonra o, tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Digər xəbərlər

Bütün xəbərlər