04 sentyabr 1977-ci ildə anadan olmuşdur. 1984-1994-cü illərdə orta məktəbi bitirmişdir.1994-1998-cü illərdə Bakı Dövlət Universiteti Psixologiya ixtisası üzrə bakalavriat səviyyəsini , 1998-2000-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya üzrə Magistratura səviyyəsini bitirmişdir.i fəaliyyət göstərir.2000-2011-ci illər ADPU-nun Ümumi psixologiya kafedrasının müəllimi;2011- 2020-ci illər ADPU-nun Ümumi psixologiya kafedrasının baş müəllimi;2013-cü il oktyabrın 1-dən həmin ilin sonunadək ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri; 2020-ci ildən bu günə qədər ADPU-nun Ümumi psixologiya kafedrasının dosenti vəzifəsində çalışır.
2012-2015-ci illər arasında Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının müdiri olmuşdur.
Müxtəlif illərdə Azərbaycan Müəllimlər İnstitutu, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universitetində baş müəllim kimi çalışmış, Türkiyə Respublikası Trabzon şəhərində yerləşən Avrasya Universitetində Psixologiya kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən bu günədək Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ümumi və Eksperimental Psixologiya şöbəsinin müdiridir.
40-dan çox elmi əsərin, 2 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.
2008-ci ildən Bakı Qızlar Universiteti “ Psixologiya” kafedrasının dosenti kimi fəaliyyət göstərir.