1971-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1978- 1988-ci illərdə Bakı şəhər 38 saylı tam orta məktəbi məktəbi bitirmişdir. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-alman dilləri fakültəsini bitirmiş,elə həmin ildən Elmi Şuranın qərarı ilə İngilis dilinin leksikası və ölkəşünaslıq (indiki Linqvokulturologiya) kafedrasında müəllimlik fəalliyyətinə başlamış və dosent kimi fəaliyyətini davam etdirir.
2016-cı ildə isə elmi fəaliyyətinə görə ilin müəllimi (universitet daxili) adına layiq görülmüşdür.
2018-2022-ci ilədək International Journal of Education, Culture and Society (Beynəlxalq Təhsil, Mədəniyyət və Cəmiyyət) jurnalının redaksiya heyətinin üzvü olub.
Bu günədək 100-dən çox elmi məqalə və tezislərin, 3 dərsliyin, 2 metodiki vəsaitin, 8 proqramın, 1 monoqrafiyanın müəllifidir.
2009-cu ildən Bakı Qızlar Universitetinin “Xarici Dillər” kafedrasında filologiya elmləri doktoru,dosent kimi fəaliyyət göstərir.