Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Abdullazadə Elnurə Mahir qızı

Baş müəllim
elnure.abdullazade@mail.ru

01 dekabr 1995-ci il tarixində Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. Bakıda M. Şəhriyar adına 193 nömrəli tam orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.

2014–2018-ci illərdə Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi” (ingilis–alman dili üzrə) ixtisası üzrə bakalavr təhsili almışdır. 2018–2020-ci illərdə Azərbaycan Dillər Universitetinin magistratura pilləsində Filologiya fakültəsinin Dilşünaslıq ixtisası üzrə təhsil almış və magistraturanı Fərqlənmə diplomu ilə bitirmişdir.

2019–2020-ci illərdə iki tezisin və Bakı Dövlət Universitetinin “Sosial və Humanitar Elmlərin Müasir Problemləri” adlı kitabında iki elmi məqalənin müəllifi olmuşdur.

Bu illər ərzində bir sıra sosial layihə və fəaliyyətlərdə iştirak etmişdir. “Orkhanway Coaching” tərəfindən keçirilən Nirvana Body Language & Presentation Skills” proqramında iştirakına görə “Certificate of Appreciation” və “Certificate of Completion” sertifikatları ilə təltif olunmuşdur.

Əmək fəaliyyətinə 2019-cu ildə Galileo Təlim və İnkişaf Mərkəzində müəllim kimi başlamışdır. 2022–2023-cü illərdə CELT College-də Kids (uşaqlar üçün) baş müəllim və General English üzrə təlimçi, 2025-ci ildən etibarən General English  müəllimi kimi  fəaliyyət göstərir.

Rəsm sənəti ilə də məşğul olur. 05.04.2025 tarixində Fırçanın Sehrli Yolu”, 11.10.2025 tarixində isə Azərbaycan Rəngləri adlı sərgilərdə öz sənət əsərləri ilə iştirak etmişdir.

Eyni zamanda SMM və mobiloqrafiya sahələrində də fəaliyyət göstərir.

2025-ci ildən Bakı Qızlar Universitetində “Xarici dillər” kafedrasında baş müəllim vəzifəsində çalışır.