27 may 1973-cü ildə İsmayıllı rayonunun Nican kəndində anadan olmuşdur. 1976-cı ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və o vaxtdan etibarən Bakıda yaşayır. Ziyalı ailəsində böyüyüb.
1981-ci ildə Bakının Nəsimi rayonundakı 159 nömrəli orta məktəbə daxil olmuş, 1991-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Elə həmin il Azərbaycan Dillər Universitetinə daxil olmuş, 1996-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1996-cı ildən 2024-cü il sentyabr ayının 16-dək Azərbaycan Dillər Universitetinin Təhsil və Tərcümə fakültələrində baş müəllim vəzifəsində çalışmışdır.
Hazırda Bakı Qızlar Universitetinin Xarici Dillər kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.