1975-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonu Comərdli kəndində anadan olub. 1992-ci ildə Sumqayıt şəhəri 29 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri fakültəsinə daxil olub.1997-ci ildə ADDU-nu bitirib. 1995-ci ildən əmək fəaliyyətinə Sumqayıt şəhəri 1 saylı liseydə başlayıb. Müxtəlif illərdə ali tədris müəssisərində müəllim kimi çalışıb.
Bakı Dövlət Universitetində “Ümumtəhsil kurikulumunun əsasları” kursunu fərqlənmə sertifiktaı ilə bitirmişdir. Dövri mətbuatda məqalələri çap olunmuşdur. Bir neçə elmi məqalənin,iki proqramın və bir kitabın müəllifidir. TKT, IELTS, TESOL/ TEFL və digər beynəlxalq sertifikatlara sahibdir.
Azərbaycan Maarifçilər Assosiyasının tamhüquqlu üzvudur.
Bakı Qızlar Universitetinin “Mətbuat və ictimaiyyətlə əlaqələr” üzrə şöbə rəhbəridir.
2008-ci ildən Bakı Qızlar Universitetinin "Xarici Dillər" kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.