19 aprel 1995 ci ildə Sabirabad rayonunda anadan olmuşdur. 2012 ci ildə 211 saylı tam orta məktəbi bitirmişdir.
2013 cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Xarici dil müəllimliyi” ( fransız dili) ixtisası üzrə bakalavr səviyyəsinə daxil olmuşdur.
2018 ci ildə Azərbaycan Dillər Universitetinin “ Xarici dilin tədrisi metodikası və metodologiyası” (Fransız dili üzrə ) ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul olmuşdur. Fransız dili sahəsində bir neçə məqaləsi çap olunmuşdur. Bir çox beynəlxalq konfranslarda iştirak etmişdir və çoxlu sayda beynəlxalq sertifikatlara sahibdir.
2021- ci ilin oktyabr ayından Bakı Qızlar Universitetinin “Xarici dillər” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.